Xəzər Xəbər

ABŞ şok nəticələri açıqladı: Seçkiyə rus müdaxiləsi… - Trampın taleyi

Dünya | 11:52 • 17 Fevral 2018
ABŞ şok nəticələri açıqladı:

ABŞ Federal İstintaq Bürosu Rusiyanın 2016-cı ildə prezident seçkilərinə müdaxiləsi ilə bağlı araşdırmaların nəticəsini açıqlayıb.

Bununla bağlı xüsusi müstəntiq Robert Müller danışıb.

O bildirib ki, araşdırmaların nəticəsində 13 Rusiya vətəndaşına ittiham irəli sürülüb:
"İttihamda 3 rus şirkətinin adı da hallanır. Məlumatlara görə, həmin şəxslər Rusiya əsilli olduğunu gizlətmək üçün ABŞ-dakı informasiya sistemlərinə müdaxilə edib. Saxta şəxsiyyət vəsiqəsi ilə seçkilərə müdaxilə edib. Araşdırmaların nəticələrində onların Tvitter üzərindən amerikalıların bəzilərinin fikirlərini idarə etdiyi məlum olub. Həmin şəxslər Hillari Klinton haqqında alçaldıcı məlumat vermək, Ted Kruz və Marko Rubio kimi namizədləri pisləməklə Trampa dəstəyi artırıblar”./teleqraf.com

Xəbər lenti