Xəzər Xəbər

NATO Rusiya ilə soyuq müharibə istəmir - Yens Stoltenberq

Dünya | 18:20 • 16 Fevral 2018
NATO Rusiya ilə soyuq müharibə istəmir -

NATO soyuq müharibə və silahlanma yarışı istəmir və Rusiya ilə dialoq tərəfdarıdır.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bunu alyansın baş katibi Yens Stoltenberq deyib.

"Biz soyuq müharibə istəmirik, silah yarışmasının qarşısını almağa çalışırıq, həmçinin gərginliyi azaltmaq və Rusiya ilə münasibətləri daha konstruktiv şəkildə qurmaq üçün bu ölkə ilə dialoqun inkişafı üzərində işləməyə davam edirik”, - deyə baş katib Münhen Təhlükəsizlik Konfransının kuluarlarında vurğulayıb.

Stoltenberqin sözlərinə görə, alyans son illər "Rusiyanın NATO üzvlərinə qarşı güc işlətməyə hazır olduğunu” müşahidə edir. "Bununla yanaşı, biz Rusiya tərəfdən heç bir qarşısıalınmaz təhlükə görmürük. Onun Ukraynaya qarşı güc tətbiq etdiyinin şahidi olduq və biz yeni soyuq müharibəyə imkan yaratmamaq üçün proporsional cavab verdik. Hazırda Rusiya ilə dialoq üzərində işləyirik”, - deyə o qeyd edib.

Xəbər lenti