Xəzər Xəbər

Ermənistanda uşaq ölümünün səbəbi aclıqdır

Dünya | 17:18 • 16 Fevral 2018
Ermənistanda uşaq ölümünün səbəbi aclıqdır

Ermənistandakı uşaq ölümlərinin əsas səbəbi aclıqdır.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Yerevandakı uşaq tibbi mərkəzinin rəhbəri Nikolay Dallakyan yerli mətbuata müsahibəsində bildirib.


Onun sözlərinə görə, mərkəzə gətirilən uşaqların müayinəsi göstərir ki bu uşaqlar kifayət qədər qida qəbul etmirlər. Qida çatışmazlığı uşaqların orqanizmində müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.


Ermənistan mətbuatı milli statistika xidmətinin məlumatlarına əsaslanaraq yazır ki, ölkədə 18 yaşına qədər olan uşaqların 5 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Ermənistanda uşaqların 34,2 faizi isə yoxsulluq həddində yaşayır.


N. Dallakyan sosial vəziyyəti ağır olan valideynlərə məsləhət görür ki, uşaqları yedirdə bilmədiklərinə görə onları atmasınlar, gətirib dövlət uşaq müəssisələrinə təhvil versinlər. Maliyyə vəziyyəti yaxşılaşanda isə valideynlər uşaqlarını geri ala bilərlər. Materialı N.Dallakyanın bu məsləhəti ilə yekunlaşdıran jurnalist sonda sual verir: Görəsən Ermənistanda insanların sosial vəziyyəti nə vaxt düzələcək?

Xəbər lenti