Xəzər Xəbər

“Zeytun budağı” əməliyyatı: məhv edilən terrorçuların sayı 1551-ə çatıb

Dünya | 11:28 • 16 Fevral 2018
“Zeytun budağı” əməliyyatı:

Türkiyə Silahlı Qüvvələrinin PKK, KCK, PYD-YPG və İŞİD terror qruplaşmalarının üzvlərinə qarşı Suriyanın Afrin bölgəsində apardığı əməliyyat nəticəsində öldürülən terrorçuların sayı 1551-ə çatıb.

Xezerxeber.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb.

Türkiyə Silahlı Qüvvələrinin yanvarın 20-dən başlatdığı "Zeytun budağı” əməliyyatının məqsədi qardaş ölkə üçün təhdid yaradan PKK, KCK, PYD-YPG və İŞİD terror qruplaşmalarını bölgədən uzaqlaşdırmaq, sərhəd xəttinin və həmin ərazilərdə yaşayan əhalinin təhlükəsizliyini təmin etməkdir.

Xəbər lenti