Xəzər Xəbər

Rusiyanın 3 ölkə ilə əlaqələri təhlükədir - Pentaqon

Dünya | 09:02 • 16 Fevral 2018
Rusiyanın 3 ölkə ilə əlaqələri təhlükədir -

Rusiyanın Kuba, Nikaraqua və Venesuela ilə əlaqələri ABŞ üçün ciddi təhlükə yarada bilər. 

Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Siıahlı Qüvvələrinin Cənub Komandanlığının rəhbəri Kurt Tidd bildirib.

"Bu üç ölkə ilə etibarlı qarşılıqlı münasibətlər Rusiya üçün ABŞ və onun tərəfdarlarına qarşı yönələn regional platforma yaratmış olur”, - deyə Kurt Tidd bildirib.

O qeyd edib ki, Rusiyanın bu ölkələrin limanlarında getdikcə genişlənən mövcudluğu ona kəşfiyyat xarakterli məlumatlar toplamağa imkan yaradır.

Xəbər lenti