Xəzər Xəbər

Ərdoğan Suriya və İraqla bağlı Türkiyənin gözləntilərini Tillersona açıqlayıb

Dünya | 08:58 • 16 Fevral 2018
Ərdoğan Suriya və İraqla bağlı Türkiyənin gözləntilərini Tillersona açıqlayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Anakarada rəsmi səfərdə olan ABŞ dövlət katibi Reks Tillersonla danışıqlar zamanı Suriya və İraqla bağlı Türkiyənin ABŞ-dan gözləntilərini açıqlayıb.


Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti administrasiyasındakı mənbə bildirib.

"Ərdoğan və Tillerson regional problemləri, ilk növbədə, Suriya və İraqı, habelə ikitərəfli münasibətləri və terrorla mübarizəni müzakirə ediblər. Bu məsələlərlə bağlı Türkiyənin gözləntiləri açıq şəkildə Amerika tərəfinə açıqlanıb”, - deyə mənbə bildirib.

Qeyd edək ki, Ərdoğan və Tillerson arasında qapalı görüş 3 saat 15 dəqiqə davam edib.

Xəbər lenti