Xəzər Xəbər

ABŞ: Rusiya geri çəkilə bilər, biz isə...

Dünya | 10:26 • 13 Dekabr 2017
ABŞ:

ABŞ-ın Xarici İşlər Nazirliyinin sözcüsü Hizer Nauert deyib ki, əgər Rusiya çəkiləcəksə, bu, onların seçimidir, biz müttəfiqlərimizlə Suriyada sabitliyi təmin etməyə davam edəcəyik.

Nazirlik sözcüsü mediaya açıqlamasında belə qeyd edib: "Nyu Yorker" jurnalındakı bir məqalədə ABŞ-ın 2021-ci ilə qədər Əsədin iqtidarda qalmasını qəbul etdiyi yazılır. Amma biz belə bir şeyi qəbul etmədik. Çox maraqlıdır, Rusiya Suriyada xidmətinin bitdiyini düşünə bilər. Amma Suriyada bizim işimiz bitmədi. "Biz" deyərkən ABŞ-ı, bütün koalisiya güclərini nəzərdə tuturam. İŞİD-in əlində olan yerlər var, ölkədə hələ sabitliyin saxlanılması lazımdır".

Xəbər lenti