Xəzər Xəbər

Bali adasında vulkan püskürməsi başlayıb

Dünya | 16:49 • 21 Noyabr 2017
Bali adasında vulkan püskürməsi başlayıb

Bir qədər əvvəl İndoneziyanın Bali adasında Aqunq vulkanı püskürməyə başlayıb. Bu barədə məlumatı təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə agentliyə istinadla Coconuts portalı yayıb.


"Təşvişə düşməməyin və vulkana azı 6-7,5 kilometr məsafədə yaxınlaşmayın”, - AZƏRTAC xəbər verir ki, agentliyin rəhbəri Twitter hesabında belə yazıb.


Püskürmə yerli vaxtla saat 17:05-də (Bakı vaxtı ilə saat 13:05) başlayıb. Vulkanın külü kraterdən 700 metr hündürlüyə qalxıb. Agentlik vulkanın aktivliyini dörd mümkün səviyyədən ikincisi kimi qiymətləndirib, yəni püskürmə güclü hesab olunmur.


Xatırladaq ki, sentyabrın sonlarında Aqunq vulkanının aktivliyi səbəbindən Bali adasının bütün ərazisində fövqəladə vəziyyət elan edilmişdi. Xüsusi təhlükəli zonanın radiusu vulkanın kraterindən 12 kilometr təşkil edirdi və təhlükəsizlik nöqteyi-nəzərindən 144 min insan təxliyə olunmuşdu. Sonradan püskürmənin təhlükə səviyyəsi aşağı salınmışdı.

Xəbər lenti