Xəzər Xəbər

Alimlərdən qorxulu proqnoz: Güclü zəlzələlər olacaq

Dünya | 12:57 • 21 Noyabr 2017
Alimlərdən qorxulu proqnoz:

2018-ci il zəlzələlər ili kimi tarixə düşəcək.

XəzərXəbər "The Guardian” qəzetinə istinadən xəbər verir ki, elm adamları dünyanın fırlanma sürətinin zəifləməsi səbəbilə 2018-ci ilin zəlzələlər ili olacağını hesab edirlər.

Məlumata görə, dünyanın fırlanma sürətinin azalması böyük nüfuza malik tropik ölkələrdə seysmik aktivliyə səbəb olacaq. Bu günə qədər aparılan araşdırmalara əsasən, zəlzələrin daha çox baş verdiyi 5 dövr müəyyən edilib.

Kolorado Universitetinin nümayəndəsi Roger Bilham bildirib ki, bu dövrlərdə bir il ərzində 25-30 böyük zəlzələ baş verib.

"Digər illərdə zəlzələrin sayı ildə 15 dəfə olur. Dünya gələcəkdə baş verəcək zəlzələlərlə barədə bizə beş il əvvəldən məlumat verir. 2017-ci ildə bu günə qədər 6 böyük zəlzələ olub. 2018-ci ildə böyük zəlzələlərin sayının 20 olacağı ehtimal edilir”.

Xəbər lenti