Xəzər Xəbər

Britaniya “Brexit”ə görə Avropa İttifaqına daha çox pul ödəməli olacaq

Dünya | 12:01 • 21 Noyabr 2017
Britaniya “Brexit”ə görə Avropa İttifaqına daha çox pul ödəməli olacaq

Britaniya "Brexit”-ə görə Avropa İttifaqına daha çox pul ödəməli olacaq.


AZƏRTAC xəbər verir ki, bununla bağlı ölkənin Nazirlər Kabinetinin üzvləri razılığa gəliblər. Lakin ödəniləcək məbləğ hələlik təyin edilməyib. Dekabr ayında "Brexit”-dən sonra ticarət müqavilələri və Britaniyaya cərimə tətbiqi kimi məsələlərin müzakirəsinə başlanılacağı gözlənilir.


Bir müddətdir ki, dayandırılan "Brexit” müzakirələri üçün Nazirlər Kabinetinin üzvləri bir araya gəliblər. Avropa Şurasının prezidenti Donald Tusk Britaniyaya növbəti irəliləmə üçün vaxt təyin edib. İrlandiya sərhədi məsələsi də müzakirələrdə əsas yer tutur.

Xəbər lenti