Xəzər Xəbər

Erməni hüquq müdafiəçisi Sarkisyanı qudası ilə İFŞA ETDİ

Dünya | 16:59 • 20 Noyabr 2017
Erməni hüquq müdafiəçisi Sarkisyanı qudası ilə

"Ermənistan ordusunda əsgərləri öldürürlər, günahsızları məsuliyyətə cəlb edirlər və caniləri cəzasız qoyurlar” .

Modern.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi, uzun illər Ermənistan ordusunun problemləri ilə bağlı araşdırmalar aparan Ruben Martirosyan yerli jurnalistlərə deyib. Ordudan möhlət hüququnun aradan qaldırılması ilə bağlı qanunu kəskin tənqid edən Martirosyan Serj Sarkisyanın qohumları ilə bağlı detalları da deyib.

"Məndə dəqiq məlumat var ki, Sarkisyanın qudası Ermənistan Mərkəzi Tibb Komissiyasının rəisi təyin olunduqdan sonra orduda korrupsiya halları geniş şəkil alıb. Sağlam əsgərlər xidmətdən azad edilir, onların yerinə isə xəstələr çağırılır. Bütün bunlar pul qazanmaq üçün edilir. İndi də vəziyyət dəyişməyib. Ona görə tələbələr üçün möhlət hüququnun ləğvi kökündən yanlış addımdır”.

Ruben Martirosyan hərc-mərcliyə son qoyulduqdan və əsgərə qul kimi baxmaqdan vaz keçildiyi zaman gənclərin orduda xidmətə həvəslə gələcəyini deyib.

Xəbər lenti