Xəzər Xəbər

Ukrayna 8 Gürcüstan vətəndaşını deportasiya edib

Dünya | 14:12 • 18 Noyabr 2017
Ukrayna 8 Gürcüstan vətəndaşını deportasiya edib

Ukraynanın milli təhlükəsizliyinə qarşı hərəkətlərinə görə 8 Gürcüstan vətəndaşı ölkələrinə deportasiya edilib.


AZƏRTAC-ın Ukrayna Təhlükəsizlik Xidmətinə (UTX) istinadən verdiyi məlumata görə, polisin və miqrasiya xidmətlərinin topladığı materiallar əsasında UTX həmin vətəndaşların Ukraynanın milli təhlükəsizliyinə təhdid hərəkətlərini müəyyənləşdirib.


Ölkənin hüquq mühafizə orqanları xarici vətəndaşları Ukraynanın qanunlarına hörmətlə yanaşmağa çağırıb.

Xəbər lenti