Xəzər Xəbər

Latviya Müstəqillik Gününü qeyd edir

Dünya | 12:20 • 18 Noyabr 2017
Latviya Müstəqillik Gününü qeyd edir

Latviya noyabrın 18-də müstəqilliyinin elan edilməsinin 99-cu ildönümünü qeyd edir.


1918-ci il noyabrın 18-də - dövlət sərhədlərinin hələ müəyyən olunmadığı bir vaxtda Xalq Şurasının milli hərəkat liderlərinin iştirakı ilə Latviya Milli Teatrında keçirilən iclasında bu ölkənin dövlət müstəqilliyi elan edilib. O vaxtdan noyabrın 18-i Latviya Respublikasının yarandığı gün sayılır.


Latviya Müdafiə Nazirliyinin mətbuat şöbəsindən bildiriblər ki, noyabrın 18-də Latviya Respublikasının elan edilməsinin 99-cu ildönümü münasibətilə keçiriləcək hərbi parad müstəqilliyin bərpa olunmasından sonrakı bütün illər ərzində ən böyük parad olacaq.


Paradda Latviyanın hərbi qulluqçuları ilə bərabər, Danimarka, Almaniya, Estoniya, Böyük Britaniya, Litva, İsveç və ABŞ-dan olan NATO üzrə müttəfiq qüvvələrin nümayəndələri, habelə Kanadanın rəhbərlik etdiyi və İspaniya, İtaliya, Polşa, Sloveniya və Albaniya əsgərlərinin daxil olduğu çoxmillətli qrupun hərbi qulluqçuları iştirak edəcəklər. (AZƏRTAC)

Xəbər lenti