Xəzər Xəbər

Ərdoğan: “NATO ölkələri Türkiyəyə zenit-raket kompleksləri vermədi”

Dünya | 17:58 • 20 Sentyabr 2017
Ərdoğan:

Ankaranın NATO üzv dövlətləri ilə zenit-raket komplekslərinin əldə olunması ilə bağlı danışıqlar aparmasına baxmayaraq, alyansın heç bir üzvü Türkiyəyə bu imkanı təqdim etməyib.

Bunu ABŞ-ın PBS telekanalına müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, Türkiyə öz təhlükəsizliyini təmin etməlidir və məhz buna görə də Ankarada Rusiyanın S-400 zenit-raket komplekslərinin əldə olunmasına qərar verilib.

R.T.Ərdoğan vurğulayıb ki, Rusiyadan alınan komplekslər NATO ölkələrini narahat etməməlidir, çünki daha əvvəl Yunanıstan da Rusiyadan S-300 zenit-raket komplekslərini almışdı.

Xəbər lenti