Xəzər Xəbər

“Dəli oğlan” prezidenti hədələdi: “Vurarıq”

Dünya | 16:34 • 20 Sentyabr 2017
“Dəli oğlan” prezidenti hədələdi:

ABŞ prezidenti Donald Trampın BMT-dəki çıxışı zamanı Şimali Koreyaya yönəlik "yerlə yeksan edərik" təhdidinə diktatordan cavab gecikməyib.

Rəsmi Pxenyan təxribata dair kiçik bir hərəkət görəcəyi təqdirdə düşmən bazalarını yox etməklə hədələyib.

Şimali Koreya lideri Kim Çen İn ABŞ prezidentinin hədə dolu çıxışına cavab olaraq bu təhdidlərin nəticəsiz qalacağını, əgər kiçik bir canlanma görünəcəyi təqdirdə ABŞ hərbi bazalarını vuracağını deyib.

Xatırladaq ki, Tramp BMT-dəki çıxışında Şimali Koreyanın nüvə çalışmalarının davam etdirəcəyi təqdirdə bu ölkəni yerlə-yeksan edəcəyini vurğulayıb./Cebhe.info

Xəbər lenti