Xəzər Xəbər

Tramp BMT-də “Raketmen”i hədələdi: Sizi məhv edərəm!

Dünya | 12:49 • 20 Sentyabr 2017
Tramp BMT-də “Raketmen”i hədələdi:

"Şimali Koreya özünün nüvə və raket proqramını inkişaf etdirməklə bütün dünyanı çox böyük qurbanlarla təhdid edir”.

Bunu ABŞ Prezidenti Donald Tramp BMT Baş Məclisinin 72-ci sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bəzi ölkələr Şimali Koreyaya maliyyə yardımı göstərir və onu silahla təchiz edirlər: "Bu cinayətkar bandanın nüvə raketlərinə sahib olması Yer üzündə heç bir xalqın maraqlarına uyğun deyil”.

Tramp Pxenyanı tamamilə məhv etməklə hədələyib: "Amerika özünü və öz müttəfiqlərini müdafiə etməli olsa, onda Vaşinqtonun Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimi qalmayacaq. Kim Çen Ina gəlincə, bu raket-insan özünü və öz xalqını məhv etməyi qərara alıb. ABŞ-ın gücü də, vəsaiti də var, lakin ümid edirəm ki, buna ehtiyac olmayacaq, axı BMT elə bunun üçün lazımdır”.

Xəbər lenti