Xəzər Xəbər

İspaniya polisi Kataloniya hökumətinin binasına basqın edib

Dünya | 11:37 • 20 Sentyabr 2017
İspaniya polisi Kataloniya hökumətinin binasına basqın edib
İspaniya polisi Madrid hökumətinin qeyri-qanuni elan etdiyi mübahisəli referendumdan əvvəl Kataloniya hökumətinin qərargahında axtarışlara başlayıb. İspaniyanın Daxili İşlər Nazirliyinin əməkdaşları iqtisadiyyat, xarici əlaqələr, əmək və sosial münasibətlər departamentləri ilə birgə Kataloniyanın hökumət binasına daxil olaraq referendumun araşdırılması üçün dəlil topladığını açıqlayıb.

Kataloniyada referendum səsverməsi 1 oktyabr tarixində keçiriləcək.

Qeyd edək ki, Kataloniya İspaniyada geniş muxtariyyətə malik bölgədir. Təxminən 32 min km² ərazisi və 7 milyon əhalisi olan Kataloniyanın paytaxtı Barselona şəhəridir. Burada 3 rəsmi dildə danışılır: ispan dili, katalon dili və aran dili. Kataloniya iqtisadi nöqteyi-nəzərdən İspaniyanın ən inkişaf etmiş bölgəsi sayılır və İspaniya ümumi daxili məhsulunun 23%-ni verir. Kataloniyanın ümumi daxili məhsulunun həcmi Finlandiya və Danimarkanın ümumi daxili məhsulunun həcmi qədərdir./faktxəbər

Xəbər lenti