Xəzər Xəbər

Fransa prezidenti: İranla nüvə razılaşmasından imtina böyük bir səhvdir

Dünya | 10:31 • 20 Sentyabr 2017
Fransa prezidenti:

"Amerika rəhbərliyinin İranla bağlanmış nüvə razılaşmasını pozmaq qərarı ciddi səhvdir". XəzərXəbər-in verdiyi məlumata görə, bu barədə Fransa prezidenti Emmanuel Makron BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.

"Nüvə silahlarının yayılmaması siyasətinə bağlılığımız bizə imkan verib ki, İranın nüvə silahı əldə etməməsi ilə əlaqədar ciddi razılaşma bağlansın. Bu razılaşmadan imtina və əvəzində heç nə təklif etməmək böyük bir səhv olardı",-deyə Fransa dövlət başçısı əlavə edib.

Makron həmçinin əlavə edib ki, bağlanmış razılaşmalara riayət etməmək məsuliyyətsizlikdir və müqavilə özü faydalıdır.

Xəbər lenti