Xəzər Xəbər

Meksikada ölənlərin sayı 226-ya çatıb

Dünya | 10:26 • 20 Sentyabr 2017
Meksikada ölənlərin sayı 226-ya çatıb

Meksikada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 226 nəfərə çatıb.

Bu barədə Meksikanın qəza-xilasetmə xidmətinin rəisi Luis Felipe Puente özünün "Twitter” mikrobloqunda yazıb.

Onun sözlərinə görə, ən çox ölüm halı Mexikoda qeydə alınıb - 117 nəfər.

**

Meksikada zəlzələ nəticəsində azı 204 nəfər ölüb.

TASS-ın məlumatına görə, qəza-xilasetmə xidmətinin rəisi Luis Felipe Puente zəlzələ nəticəsində ölənlərin sayının 149 nəfər olduğunu təsdiqləyib.

Onun "Twitter” səhifəsində yazdığı məlumata görə, 149 nəfərin ölməsi barədə məlumat var, o cümlədən 55 nəfər Morelos ştatında, 49 nəfər Mexikoda, 32 nəfər Puebla ştatında, 10 nəfər Mexiko ştatında və 3 nəfər Herreroda ölüb.

Xəbər lenti