Xəzər Xəbər

Meksikadakı zəlzələdə: azı 204 ölü

Dünya | 09:49 • 20 Sentyabr 2017
Meksikadakı zəlzələdə:

Meksikada zəlzələ nəticəsində azı 204 nəfər ölüb.

TASS-ın məlumatına görə, qəza-xilasetmə xidmətinin rəisi Luis Felipe Puente zəlzələ nəticəsində ölənlərin sayının 149 nəfər olduğunu təsdiqləyib.

Onun "Twitter” səhifəsində yazdığı məlumata görə, 149 nəfərin ölməsi barədə məlumat var, o cümlədən 55 nəfər Morelos ştatında, 49 nəfər Mexikoda, 32 nəfər Puebla ştatında, 10 nəfər Mexiko ştatında və 3 nəfər Herreroda ölüb.

Xəbər lenti