Xəzər Xəbər

İsrail ordusu Suriya ilə sərhəddə pilotsuz aparatı vurduğunu bəyan edib

Dünya | 17:32 • 19 Sentyabr 2017
İsrail ordusu Suriya ilə sərhəddə pilotsuz aparatı vurduğunu bəyan edib

İsrailin Hava Hücumundan Müdafiə Sistemi Holan yüksəkliklərində hava məkanına daxil olmaq istəyən pilotsuz aparatı vurub. 

Bunu "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Bu məqsədlə "Patriot" zenit-raket kompleksindən istifadə olunub.

İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi jurnalistlərə bildirib ki, pilotsuz aparat İran istehsalı olub və "Hizbullah" hərəkatının nümayəndələri tərəfindən istifadə olunurdu.

Onun sözlərinə görə, Dəməşqin hava limanından uçan kəşfiyyat "dron"u Patriot zenit-raket kompleksi ilə məhv edilib və qonşu dövlətin cənubundakı demilitarizasiya zonasına düşüb.

Xəbər lenti