Xəzər Xəbər

Referendumun təxirə salınması üçün Ankaradan SON TƏKLİF

Dünya | 17:27 • 19 Sentyabr 2017
Referendumun təxirə salınması üçün

Türkiyə Şimali İraq kürd muxtariyyəti və İraq arasında danışıqlarda vasitəçilik edə, hətta Ərbilin hüquqlarının təminatçısı ola bilər.

Bunu "Əl-Monitor” nəşrinə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Sentyabrın 25-də kürd muxtaryyətində keçirilməsi planlaşdırılan müstəqillik referendumunun İraq Konstitusiyasına zidd olduğunu söyləyən Çavuşoğlu referendum qərarını "böyük bir səhv” adlandırıb.

"Referendum kürd bölgəsinin maraqlarına da uyğun deyil və bölgənin təhlükəsizliyinə xidmət etməyəcək”, - Türkiyə xarici siyasət idarəsinin başçısı bildirib./publika.az

Xəbər lenti