Xəzər Xəbər

Bu alimin köpəyi bir anda fenomen oldu

Dünya | 17:05 • 24 İyun 2017
Bu alimin köpəyi bir anda fenomen oldu

Amerikalı alim, professor Ceffri Paros sunamilərin əvvəlcədən xəbər verilməsi ilə bağlı fenomenal kəşfin müəllifidir.

Parosun ixtirası olan kvars əsaslı qurğu sunami təhlüksi olan məkana yerləşdirilir və sazlanır. Sunami başlamazdan iki sutka əvvəlsə qurğu təhlükə barədə xəbərdarlıq edir.

Qurğu dənizin dibində sunami öncəsi müşahidə olunan hərəkəti qeydə alır.

Dünyaca məşhur Nature jurnalı Parosun kəşfi barədə geniş məqalə dərc edib. Məqalədə Parosun evindəki iş otağında çəkilmiş foto var. Həmin fotoda arxa planda oturan və qüssə ilə pəncərədən çölə baxan Maya adlı köpək indi sosial şəbəkələrəin yeni ulduzudur.

Nature jurnalı müsahibə ilə bağlı Twitter-dəki profilində anons verəndən sonra həmin foto memə çevrilib.

Xəbər lenti