Xəzər Xəbər

Trampın qızı məhkəməyə çağırıldı Plagiatlıqda ittiham olunur

Dünya | 16:54 • 24 İyun 2017
Trampın qızı məhkəməyə çağırıldı

ABŞ Prezidentinin qızı və köməkçisi İvanka Tramp ayaqqabı dizaynında plagiata görə ifadə vermək üçün məhkəməyə çağırılıb.

XəzərXəbər "Blomberg''ə istinadən məlumat verir ki, İvanka məhkəmədə cari ilin oktyabr ayınadək ifadə verməlidir. Məhkəmə onun ifadəsinin işin baxıldığı Nyu-York məhkəməsində deyil, hazırda yaşadığı Vaşinqtonda alınmasına icazə verib. Plagiatla bağlı ittihama görə onun yaşadığı ünvanına xəbərdarlıq da göndərilib. "Aquazzura” brendi İvankanı öz ayaqqabı istehsalı xəttini hazırlayan zaman onların ayaqqabı modellərini təkrarlamaqda günahlandırır. Bundan əlavə həmin hündür dabanlı ayaqqabı modellərinin qiyməti 780 dollara olduğu halda, Trampın qızının ayaqqabıları xeyli ucuz - təxminən 150 dollara satılır.

Xəbər lenti