Xəzər Xəbər

Avtomobil velosipedçilərə çırpılıb, 4 nəfər yaralanıb

Dünya | 17:49 • 26 Mart 2017
Avtomobil velosipedçilərə çırpılıb, 4 nəfər yaralanıb

Bu gün Almaniyada minik avtomobili velosipedçi qrupa çırpılıb.

APA-nın məlumatına görə, bu barədə "Berliner Morgenpost” qəzeti məlumat yayıb.

Hadisə Berlinin Vanze rayonunda Şarlottenburq Velosiped İdman Klubunun təşkil etdiyi yaz idman yarışı zamanı baş verib. Qəza nəticəsində 1-i hakim və 3 velosipedçi yaralanıb.

Polis olayı bədbəxt hadisə kimi qiymətləndirir.

Xəbər lenti