Xəzər Xəbər

İŞİD Rusiya Milli Qvardiyasına hücumun məsuliyyətini üzərinə götürüb

Dünya | 19:24 • 24 Mart 2017
İŞİD Rusiya Milli Qvardiyasına hücumun məsuliyyətini üzərinə götürüb

İŞİD terror təşkilatı bu gün Çeçenistanda Rusiya Milli Qvardiyasının hərbi hissəsinə hücumla əlaqədar məsuliyyəti öz üzərinə götürüb.


Xezerxeber.az-ın RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə "SITE Intellegence Group” xəbər yayıb. "SITE Intellegence Group” terrorçuların və onların tərəfdarlarının internetdəki fəaliyyəti ilə bağlı monitorinq aparır.

Xatırladaq ki, martın 24-nə keçən gecə bir qrup silahlı Rusiya Milli Qvardiyasının Çeçenistanın Naur rayonu ərazisindəki hərbi hissəsinə hücum edib. Nəticədə 6 hərbi qulluqçu ölüb.

Xəbər lenti