Xəzər Xəbər

Belarus Avropa Oyunlarını keçirməyə hazırlaşır

Dünya | 16:49 • 24 Mart 2017
Belarus Avropa Oyunlarını keçirməyə hazırlaşır

Belarusun baş naziri Andrey Kobyakovun sədrliyi ilə 2019-ci il II Avropa Oyunlarının hazırlığı və keçirilməsi üzrə respublika təşkilat komitəsinin iclası keçirilib.

Belarus hökumətinin məlumatında bildirilir ki, Oyunların keçirilməsi üzrə müqavilənin layihələri, idman proqramı, idman obyektlərinin tikinti və təmir işlərinin gedişatı nəzərdən keçirilib, media mərkəzin yerləşdirilməsi variantları müzakirə edilib.

İclasın yekununda 2019-cu ildə Belarusda keçiriləcək II Avropa Oyunlarının hazırlığı və keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib.

Qeyd edək ki, Birinci Avropa Oyunları 12-28 iyun tarixində Bakıda keçirilib.

Xəbər lenti