Xəzər Xəbər

Putin fransız müxalifətçi Marin Le Peni qəbul edib

Dünya | 16:45 • 24 Mart 2017
Putin fransız müxalifətçi Marin Le Peni qəbul edib

Rusiya prezidenti Vladimir Putin ölkədə səfərdə olan Fransa prezidentliyinə namizəd, Milli Cəbhə Partiyasının lideri Marin Le Peni qəbul edib.


"RİA Novosti”nin verdiyi xəbərə görə, V. Putin bildirib ki, M. Len Pen Avropada sürətlə inkişaf edən siyasi qüvvələr spektrini təmsil edir. O, Fransa ilə münasibətlərə çox böyük önəm verdiklərini, həm hakimiyyət, həm də müxalifətlə bərabər səviyyəli əlaqələr qurmağa çalışdıqlarını söyləyib: "Biz qətiyyən baş verən hadisələrə təsir göstərmək istəmirik, lakin bizim tərəfdaşlarımız, məsələn, Avropa və ABŞ kimi, bütün siyasi qüvvələrin nümayəndələri ilə ünsiyyət yaratmaq hüququmuzu özümüzdə saxlayırıq”.

M. Le Pen isə Fransanın Rusiya ilə dərin mədəni, iqtisadi və strateji əlaqələri olduğunu vurğulayıb. O, Rusiya ilə Fransanı terrorçuluqla real mübarizə aparan ölkələr adlandırıb.

Xatırladaq ki, faşist mövqeli M. Le Pen rusiyameylli siyasətçi kimi tanınır. O, prezident seçilərsə, Krımı Rusiya ərazisi kimi tanıyacağını vəd edib. Fransada prezident seçkilərinin ilk turu aprelin 23-də, ikinci turu isə mayın 7-də keçiriləcək.


Xəbər lenti