Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Qaşıqçını parçalara ayırmazdan öncə cəsədinə elə şey etdilər ki... - AĞLASIĞMAZ ÜSUL

17.11.2018 14:44

Səudiyyəli jurnalist Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda boğularaq öldürülməsindən sonra "qətl qrupu” cəsədi parçalara ayırmadan əvvəl ona qanın ətrafa dağılmasının qarşısını alan iynə vurub.

Bu haqda Türkiyənin "Hürriyyət” nəşri yazıb.

Nəşr qeyd edib ki, məqsəd cinayətin törədildiyi yerdə hər hansı dəlil buraxmamaq olub.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanının Baş Prokurorluğu Qaşıqçının cinayəti ilə bağlı şok detalları açıqlayıb. Prokurorluq Qaşıqçının cəsədinin parçalanaraq İstanbuldakı baş konsulluqdan çıxarıldığını etiraf edib. Açıqlamada Qaşıqçının ölümündə boğulmanın və öldürücü dozada verilən dərmanın təsiri olduğunu bildirib.

Prokurorun açıqlamasına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın məsləhətçisi Səud əl Kahtaniyə Qaşıqçını ölkəyə geri qaytarmaq əmri verilib. Ölkəyə geri qaytarılması təmin olunmadıqda isə öldürülüb. Ölüm əmrini İstanbula göndərilən komandanın başçısı verib. Kahtaninin ölkədən çıxışı qadağan edilib.

Cinayətdə adları çəkilən 11 şübhəlidən 5-nin edam edilməsi tələb olunub.

Xatırladaq ki, Qaşıqçı oktyabrın 2-də öıdürülüb./publika.az

© xezerxeber.az


119 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR