Baş kəşfiyyatçı Kaşıkçının ölümünün araşdırılmasında iştirak etmək üçün Türkiyəyə yollanıb

23.10.2018 09:06

ABŞ-ın Mərkəzi Kəşfiyat İdarəsinin direktoru Cina Haspel Türkiyəyə yollanıb.

C.Haspelin Türkiyəyə yollanmasının səbəbi səudiyyəli jurnalist Camal Kaşıkçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda ölümünün araşdırlmasında iştirak etməkdir.

Xatırladaq ki, Camal Kaşıkçı sənədlərinin rəsmiləşdirilməsi üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib. Səudiyyə Ərəbistanı tərəfi Camal Kaşıkçının konsulluqdan çıxdığını bildirsə də bir neçə gün sonra onun İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Ölkənin baş prokuroru bildirib ki, onun ölümü ilə bağlı Səudiyyə Ərəbistanının 18 təəbəsi saxlanılıb.

© xezerxeber.az


111 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR