Türkiyə polisi Camalı meşədə axtardı

18.10.2018 14:59

Səudiyyəli jurnalist Camal Kaşoqini tapmaq üçün Türkiyə polisi daha iki ünvanda axtarış aparıb.

Bu barədə Türkiyənin "Posta” qəzeti məlumat yayıb.

Bildirilib ki, kamera görüntülərinə görə, həmin gün konsulluqdan 26 maşın çıxıb. Onlardan bəziləri izi itirmək üçün müxtəlif küçələrdən keçərək yenidən konsulluğa qayıdıb.

Polis 26 maşının hər birinin hərəkət trayektoriyasını araşdırmaya başlayıb. İddiaya görə, maşınlardan biri Yalovada yerləşən fermaya, digərinin isə Belqrad meşələrinə getdiyi təsbit edilib.

Polis Kaşoqinin cəsədini tapmaq üçün hər iki bölgədə axtarış aparır. Həmin ərazilərdə qazıntı işlərinin aparılması gözlənilir.

© xezerxeber.az


106 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR