Fransada təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək

26.09.2018 09:03

Fransanın təhsil naziri Jan-Mişel Blanke mətbuata müsahibəsində növbəti tədris ilindən təhsil sahəsində 1800 iş yerinin ləğv ediləcəyini bildirib. Bunlardan 400-ü inzibati işçi, 1400-ü isə kollec və lisey müəllimi olacaq. 

Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, nazir iş yerlərinin ləğv edilməsi nəticəsində Təhsil Nazirliyi büdcəsinin ildə 850 milyon avro artacağını deyib.

Xatırladaq ki, cari ilin avqust ayında Baş nazir Eduard Filip 2019-cu ildə ölkədə dövlət qulluğu sahəsində 4500, 2020-ci ildə isə 10 000 iş yerinin ləğv ediləcəyini bildirmişdi.

© xezerxeber.az


87 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR