Ödəmə terminalını yarmaq istəyərkən polis tərəfindən öldürülüb

23.07.2018 12:29

Gürcüstanın Poti şəhərində səhər saatlarında orta yaşlı kişi ödəmə terminalını qarət etməyə cəhd göstərərkən polis tərəfindən öldürülüb.

Oğru polisə tabe olmaqdan imtina edərək fiziki müqavimət göstərib. Polis əməkdaşı isə atəş açaraq onu baş nahiyəsindən yaralayıb. Cinayətkar xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İnsidentlə bağlı araşdırma aparılır. (APA)

© xezerxeber.az


477 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR