Dağıstanda YPX əməkdaşlarına hücum nəticəsində 2 polis ölüb

21.07.2018 09:39

Dağıstanda yol-patrul xidmətinin (YPX) əməkdaşlarına silahlı hücum nəticəsində 2 polis həlak olub. 

Bu barədə DİN-in məlumatında bildirilir.
"Lada” avtomobilində hərəkət edən naməlum şəxslər avtomat silahlardan polis maşınını gülləbaran ediblər. Nəticədə iki polis əməkdaşı aldıqları güllə yaralarından hadisə yerində keçinib, daha biri xəstəxanaya aparılıb.

© xezerxeber.az


254 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR