Çavuşoğlu: Türkiyə Azərbaycanın istəyi ilə Qarabağda atəşkəsə nəzarət edəcək

02.12.2020 18:09

Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qərarlarına əsaslanan danışıqlar yolu ilə həllini hər zaman dəstəkləyib. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan birgə bəyanatı məmnunluqla qarşıladıq. Azərbaycanın istəyi ilə Türkiyə bölgədə atəşkəsə nəzarəti də həyata keçirəcək.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"IV TRT World Forum 2020”də çıxış edən M.Çavuşoğlu Ermənistanın hərbi təcavüzü nəticəsində münaqişənin yenidən şiddətləndiyini xatırladıb: "1990-cı illərin əvvəllərindən bəri Azərbaycanın torpaqlarının 20 faizinin qeyri-qanuni işğalına "dondurulmuş münaqişə” kimi yanaşılıb. Son hadisələr bu məsələnin dondurulmuş münaqişə olmadığını göstərdi. Münaqişə elə münaqişədir və hər an gərginləşə bilər. Dondurulmuş olan münaqişə deyil, onun həllidir”.

Atif

© xezerxeber.az


191 dəfə oxunub

XƏBƏRLƏR

19.01.2021 19:42

Bakıya qar yağır

ÇOX OXUNANLAR