Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Lavrov Qarabağda hərbi əsirlərin mübadiləsi ilə bağlı açıqlama verib

01.12.2020 19:13

"Qarabağda hərbi əsirlərin və həlak olanların meyitlərinin mübadiləsinin qəsdən gecikdirilməsi məsələsi yoxdur. Lakin obyektiv çətinliklər var və bu, faktıdr. Ümid edirəm ki, bu, tezliklə həll olunacaq”.

Xezerxeber.az-ın məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib. 

S. Lavrov əlavə edib: "Qarabağdakı relyefi nəzərə alaraq atəş dayandırılan kimi bu məsələlərlə məşğul olmaq çox çətin idi, üstəlik, itkin düşmüş hesab olunanların dəqiq siyahısı olmadan. Ümid edirik ki, Beynəlxalq Qızıl Xaç Komitəsindən mütəxəssislərin cəlb olunması ilə məsələ tezliklə həll olunacaq. Sülhməramlılarımız da imkanları daxilində əlbəttə ki, buna yardım edəcəklər”.

Atif

© xezerxeber.az

FOTOQALERIYA






206 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR