Bu ölkədə maska taxmaq 3 ay məcburi olacaq

01.12.2020 15:42

Niderlandda koronavirusla mübarizə çərçivəsində yeni qaydaların tətbiqinə başlanılıb.

Xezerxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyi tərəfindən elan edilən və 1 dekabr tarixindən etibarən qüvvəyə minən yeni qərara əsasən, 13 yaşdan yuxarı hər kəsin qapalı yerlərdə maska taxması məcburi hesab edilib.

Maska taxma məcburiyyəti məktəb, market, bazar, muzey, kinoteatr və ictimai təşkilatlarda da olacaq. Lakin kilsə, məscid kimi digər ibadət məkanları sözügedən qadağadan azaddır.

Bu qaydaya əməl etməyən hər kəs 95 avro (təxminən 194 AZN) miqdarında cərimələnəcək. Qərar üç ay qüvvədə qalacaq.

Qeyd edək ki, bu günə qədər Niderlandda 523 min 478 nəfər koronavirusa yoluxub, 9 376 nəfər vəfat edib.


Ramil

© xezerxeber.az


205 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR