Melaniya Ağ Evdən kitab yazmağı düşünür

29.11.2020 14:58

ABŞ-ın birinci xanımı Melaniya Tramp Ağ Evdə keçirdiyi dövr haqqında xatirə kitabı yazıb dərc etməyi düşünür.

XəzərXəbər Modern.az-a istinadən xəbər verir ki, bu barədə "New York Post"un əyləncə bölməsi sayılan "Page Six" internet portalı məlumat yayıb.

Portalın yazdığına görə, Melaniya Tramp bununla bağlı bir sıra görüşlər keçirib və məsləhətləşmələr aparıb.

"Mənə dedilər ki, əri (ABŞ Prezidenti Donald Tramp) də onun bu addımını alqışlayıb", - deyə mənbə bildirib.

Məqalədə hazırkı rəhbərin həyat yoldaşının həmin kitab nəşrinə görə çox pul ala biləcəyi qeyd olunur. Mənbə bildirir ki, bu, Melaniya Trampa "öz pulunu qazanması üçün yaxşı bir fürsət" qazandıracaq.

© xezerxeber.az


142 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR