Ermənistanda iqtisadi və siyasi böhran göz qabağındadır - Armen Sarkisyan

26.11.2020 16:57

Ermənistanın və onun xalqının beynəlxalq münasibətlərdə obrazı mənfidir.

Bunu ölkənin prezidenti Armen Sarkisyan deyib.

O bildirib ki, Ermənistan ictimai rəy uğrunda mübarizəni uduzub:

"Ermənistanda iqtisadi və siyasi böhran göz qabağındadır. Beynəlxalq münasibətlərdə də böhran var, çünki ölkəmizin və xalqımızın obrazı mənfidir. Erməni xalqı Dağlıq Qarabağ münaqişəsinin nəticələri ilə əlaqədar mənəvi-psixoloji zərbə alıb”.

(Trend.az)

© xezerxeber.az


119 dəfə oxunub

ÇOX OXUNANLAR