Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Avropada koronavirus hər 17 saniyədə bir nəfəri öldürür

26.11.2020 17:01

Avropa qitəsində hər 17 saniyədə bir nəfər koronavirusdan vəfat edir. Bunu Dünya Səhiyyə Təşkilatının (DST) Avropa regional bürosunun direktoru Hans Klyuqe onlayn brifinq zamanı açıqlayıb.

Böyük Britaniyanın "The Guardian” qəzetinin verdiyi məlumata görə, Hans Kluqe deyib ki, Avropada orta hesabla gündə 4 min 500 nəfər COVİD-19 infeksiyasından ölür.

Hələ də koronavirusun mövcudluğunu inkar edənlərin olduğunu bildirən Hans Klyuqe qeyd edib ki, Dünya Səhiyyə Təşkilatı belə adamların yaydığı dezinformasiyaların qarşısını almağa çalışır.

Hamını virusla mübarizəyə səsləyən Hans Klyuqe bildirib ki, qoruyucu maska taxmaq virusu aradan qaldırmır, amma infeksiyanın yayılmasına qarşı mübarizədə önəmli yer tutur.

2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyası 195 ölkə, ərazi və məkanda 1 milyon 400 mindən çox adamın ölümünə səbəb olub.

Hazırda dünyada 17 milyona yaxın koronavirus xəstəsi var./sfera.az

© xezerxeber.az


118 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR