Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Türkiyə istehsalı olan COVID-19 peyvəndinin istifadə tarixi açıqlanıb

26.11.2020 12:29

Türkiyə istehsalı olan ilk COVID-19 peyvəndinin aprel ayında istifadəyə verilməsi planlaşdırılır. İlkin mərhələdə səhiyyə işçilərindən başlayaraq risk qruplarına daxil edilən şəxslərə peyvəndin vurulması nəzərdə tutulur. Peyvənd tamamilə ödənişsiz olacaq.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Bildirilib ki, artıq Türkiyədə tətbiqinə başlanılan Çin istehsalı peyvəndin dekabr-fevral aylarında 50 milyon dozasının gətirilməsi planlaşdırılır.

Türkiyənin 15 vilayətində yoluxma saylarında böyük artımın olduğunu qeyd edən F.Koca deyib: "Son bir həftə ərzində yoluxma sayı 50 faizdən artıq olan şəhərlərimiz var. Bunun qarşısını almaq üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstəririk. İstanbuldakı xəstəxanaların reanimasiya şöbələrində doluluq səviyyəsi 70 faizdir. Bəzi problemlərlə qarşı-qarşıya olduğumuzu bilirik. İyul ayından indiyədək 28 min 351 yoluxma faktı qeydə alınıb. Bu yalnız test edilən və xəstəlik aşkarlananların sayıdır. Xəstəliyi simptomsuz keçirənlər də var. COVID-19-dan həyatını itirənlərin böyük əksəriyyəti müalicəyə vaxtında başlamayanlardır”.

Nazir ölkə ərazisində COVID-19-la bağlı yeni qadağaların tətbiqi ilə bağlı bir həftə - on gün sonra qərar veriləcəyini də deyib.

© xezerxeber.az


154 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR