Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Koronavirusla bağlı yeni anti-rekord qeydə alınıb

26.11.2020 12:25

Noyabrın 25-də dünyada COVID-19 infeksiyası səbəbindən rekord sayda – 12 min 7 nəfər həyatını itirib, 609 mindən çox yoluxma halı aşkarlanıb.

Xezerxeber.az pandemiyanın statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, dünya üzrə indiyədək koronavirusa yoluxanların sayı 60 milyon 736 min 801 nəfərə, ölənlərin sayı isə 1 milyon 427 min 80 nəfərə çatıb. Eyni zamanda, 42 milyon 42 min 128 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 17 milyon 267 min 593 xəstədən 104 min 519 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 13 milyon 138 mini ötüb. Hindistanda 9 milyon 266 min, Braziliyada 6 milyon 166 min, Fransada 2 milyon 170 min, Rusiyada isə 2 milyon 162 min yoluxma qeydə alınıb.

Dünyada koronavirus qurbanlarının təxminən beşdəbiri Birləşmiş Ştatların payına düşür - 268 min 221 nəfər. Ölüm göstəricisinə görə, ilk beşliyə daxil olan Braziliyada 170 min 799, Hindistanda 135 min 261, Meksikada 103 min 597, Böyük Britaniyada isə 56 min 533 nəfər COVID-19 infeksiyası səbəbindən həyatını itirib.

Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

© xezerxeber.az


177 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR