Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Argentinada matəm elan edildi

25.11.2020 21:17

Argentina prezidenti Alberto Fernandes əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü əlaqədar olaraq ölkədə üçgünlük matəm elan edib.

Bu barədə dövlət başçısının mətbuat xidməti bildirib.

"Dieqo Armando Maradonanın ölümü ilə əlaqədar ölkə prezidenti bü gündən üçgünlük matəm elan edəcək", - bəyanatda deyilir.

Qeyd edək ki, Maradona bu gün 60 yaşda ürək tutmasından ölüb.

Maradona "Arxentinos Xuniors", "Boka Xuniors", "Barselona", "Napoli", "Sevilya" və "Nyuells Old Boyz" klublarında çıxış edib. O, 91 matçda iştirak edib və Argentina yığmasının heyətində 34 qol vurub. Maradona eləcə də 2008-ci ildən 2010-cu ilə qədər Arqentina milli komandasına başçılıq edib.

Xatırladaq ki, Dieqo Maradona son olaraq Argentinanın "Ximnasiya və Esqrima" klubuna başçılıq edirdi./report

© xezerxeber.az


274 dəfə oxunub

XƏBƏRLƏR

23.01.2021 10:57

Neft ucuzlaşıb

ÇOX OXUNANLAR