Əfqanıstanda terror aktı törədilib - 30 ölü, 60 yaralı var

25.10.2020 10:23

Əfqanıstanın paytaxtı Kabildəki təhsil mərkəzində terror aktı törədilib.

Xezerxeber.az Əfqanıstanın Daxili İşlər Nazirliyinin yaydığı açıqlamaya istinadla xəbər verir ki, mərkəzin binasının partladılması nəticəsində 30 nəfər ölüb, 60-ı yaralanıb.

Terror aktına görə məsuliyyəti İŞİD radikal dini qruplaşması öz üzərinə götürüb.

Hadisə yerinə gələn xüsusi xidmət orqanlarının əməkdaşları araşdırmalara başlayıblar.

© xezerxeber.az


127 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR