Kaliforniyada bazar günü 1 milyon insan işıqsız qalacaq

24.10.2020 12:58

ABŞ-ın Kaliforniya ştatında baş verən meşən yanğınları 1 milyon insanı işıqsız qoyacaq.

Bu haqda məlumatı "Associated Press” agentliyi yayıb.

Mənbə bildirir ki, elektrik enerjisi "Pacific Gas & Electric” şirkəti tərəfindən bazar günü dayandırılacaq.

Beləliklə, San Fransisko körfəzinin əksəriyyəti daxil olmaqla ştatda 38 dairə işıqsız qalacaq.

Elektrik təchizatı bazar günü səhərdən dayandırılacaq və çərşənbə axşamı gününə qədər davam edəcək. 466 min fərdi ev və müəssisəni əhatə edəcək.

Sinoptiklər meşə yanğınları ilə yanaşı bölgəyə quru və küləkli havanın qayıtdığını bildiriblər./konkret.az

© xezerxeber.az


149 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR