Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Avropada karantin yenidən sərtləşdirildi

23.10.2020 15:34

Avropa ölkələrində koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlər yenidən sərtləşdirilir.

Son həftələrdə yoluxma saylarında qeydə alınan sürətli artım ikinci dalğanın ilkindən daha geniş olduğu qənaətinə gətirib çıxarır.

Fransa

17 oktyabrda Avropa qitəsində ən yüksək yoluxma faktı Fransada qeydə alınıb. Paytaxt Paris başda olmaqla, Qrenobl, Lill, Lion, Marsel, Rayen, Tuluza, Montpellier və Aiks-en-Provins şəhərlərində 21:00-06%00 saatları arasında küçəyə çıxma qadağaı tətbiq olunub. Restoran və ofislərin bağlanması, 6-dan çox insanın toplaşmaması da qərarlaşdırılıb.

İspaniya

Gecə küçəyə çıxma qadağasının tətbiqi planlaşdırılır. Fransadakına bənzər qərarların verilməsi gündəmdədir.

Paytaxt Madrid başda olmaqla, Navarra, Rioca, Araqon, Bask, Kastilla Leon, Kataloniya və Əndəlüs bölgələrində karantin sərtləşdirilib. 1700-dən çox bələdiyyədə sərbəst toplaşmaq qadağan olunub.

İtaliya

Ötən gün pandemiyanın başından bəri ən yüksək yoluxma qeydə alınıb. Restoran, kafe və barlarda məhdudiyyətlər qoyulub.

Lombardiyada bub gündən, Kampaniyada isə sabahdan etibarən 23.00-05.00 saatları arasında küçəyə çıxma qadağası qüvvəyə minir. Küçəyə çıxanlar xüsusi icazə vərəqəsi daşımalı olacaq. əməl etməyənlər 3 min avroya qədər cərimə ödəyəcək.

İsveçrə

İsveçrədə reanimasiya şöbələrində doluluq təşvişi yaşanır. Federal hökumətin bütün qərarları pandemiyanın sürətini azaltmaqda acizdir. Ölkədə 1600 reanimasiya şöbəsinin yarısı doludur. Digər yarısının növbəti 4 həftədə dolacağı gözlənilir.

Niderland

Restoran və barlar 14 oktyabrdan etibarən yenidən bağlanıb. Nisbi karantin elan olunub. Spirtli içki satışları 20:00-dan sonra qadağan edilib. Həvəskar idman tədbirləri 1 ay təxirə salınıb.

Sloveniya

Hökumət 1 aylıq pandemiya vəziyyəti elan edib. 21.00-06.00 saatları arasında küçəyə çıxma qadağası mövcuddur. 12 bölgə arasında keçidlər bağlanıb. Dini mərasimlər və əyləncəli toplantılar qadağan olunub.

Almaniyada ilk dəfə bir hökumət işçisində virus aşkarlanıb. Səhiyyə naziri Yens Spanın COVİD-19 testi poizitiv çıxıb. son 7 gündə 100 min nəfərin yarısından çoxunda virus aşkarlanan bölgələrdə karantin sərtləşdirilib. mağaza, restoran, barlar 23.00-06.00 saatlarında bağlı olacaq. Sosial məsafənin pozula biləcəyi yerlərdə maska taxmaq məcburiyyəti, qapalı məkanlarda yığıncaq etməmək qaydası tətbiq edilir.

Yunanıstan

Bəzi şəhərlərdə küçəyə çıxma qadağası elan olunub.

Çexiya

3 noyabra qədər aptek, market və təmizlik məhsulları satan yerlərdən başqa bütün pərakəndə satış nöqtələri və ticarət mərkəzləri bağlı olacaq. ən çox 2 nəfərin birlikdə hərəkət etməsinə icazə veriləcək. Məktəb, restoran və kafelər bağlı olacaq.

Slovakiya

Pandemiya səbəbilə fövqəladə vəziyyət elan olunub. Maska taxmaq məcburidir. (publika.az)

Milli.Az

© xezerxeber.az


138 dəfə oxunub

XƏBƏRLƏR

05.12.2020 12:21

Sabahın hava proqnozu

ÇOX OXUNANLAR