Paşinyanın gizli məktubu üzə çıxdı

23.10.2020 14:30

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdən kənar siyasi partiyalarla iclas zamanı iştirakçılara vəziyyətin ürəkaçan olmadığını deyib və vacib məlumatları ehtiva edən bir məktub təqdim edib.

Məktubun məzmununu heç bir şəkildə açıqlamamaq tapşırılıb.

Qeyd olunub ki, bu, Ermənistana zərər verə bilər.

Ermənistan mediası qondarma Dağlıq Qarabağ Respublikasının "prezidenti" Arayik Arutyunyana belə bir məktubun gəlib-gəlmədiyini və məzmunun nədən ibarət olduğunu aydınlaşdırmaq üçün onun mətbuat katibi ilə əlaqə saxlasa da, müsbət cavab ala bilməyib.

Qeyd edək ki, iclasda qondarma Dağlıq Qarabağ Respublikasının sabiq və hazırkı "prezidentləri" iştirak edib. /publika.az

© xezerxeber.az


212 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR