Ermənistanda yeni silahlar peyda olur - Düşmən durmadan silahlanır - FOTO

23.10.2020 14:23

İyulda Tovuz döyüşlərindən sonra Ermənistanın qeyri-legitim şəkildə silahlanması daha intensiv xarakter aldı. Danışıqlar yolu ilə Dağlıq Qarabağprobleminin çözümünə razı olduqaları barədə açıqlamalar verərək Azərbaycanın başının altına yenə yastıq qoymaq istəyən rəsmi İrəvan gizli yollarla Ermənistana silah-sursat daşımağa başladı.

Bunu Prezident İlham Əliyev hələ 10 gün öncə Türkiyənin "Haber Türk" televiziya kanalına müsahibəsi zamanı "Tovuz bölgəsində toqquşmadan sonra, iyulun 16-da münaqişə dayandı, iyulun 17-dən başlayaraq hər gün karqo təyyarələri Ermənistana silah daşıdı. Baxın, Ermənistanın dövlət büdcəsində bu maddələr var? Yoxdur. Ermənistanın valyuta ehtiyatı 1,5 milyard dollardır. Vəssalam. Onun başqa pulu yoxdur. Xarici dövlət borcu təqribən 8 milyard dollardır. Yəni, bu ölkə iflasa uğrayıb. Haradandır bu qədər ancaq məhv edilmiş, hələ nə qədər məhv ediləcək texnika?" deyib.

2 milyarda qədər dəyəri olan hərbi texnikası məhv edilən düşmən bu qədər silahı hardan tapır?

Prezident Azərbaycanın Rusiyadan, İsraildən, Belarusdan, İrandan, Ukraynadan, Şərqi Avropa ölkələrindən, o cümlədən Türkiyədən pulunu verərək silah aldığını hər müsahibəsində açıq etiraf edir. AmmaQarabağdakı döyüş əməliyyatları nəticəsində maksimum 135 tanka malik ola biləcək Ermənistanın bir neçə gün öncənin statistikasına əsasən deyə bilərik ki, düşmənin artıq 241 tankı məhv edilib, 39 tankı isəqənimət kimi götürülüb. Təkcə vurulan tanklar, eyni zamanda hərbi qənimət kimi götürülən tanklar bir daha göstərir ki, bu, həddən artıq çox silahlanmadır. Yəni ancaq bizim vurduğumuz tanklarla hesab etmək olardı ki, Ermənistanın tankları artıq qurtarıb. Hələ dörd ədəd S-300 qurğusu məhv edilib ki,qiyməti hər kəsə bəllidir. Ondan başqa hava hücumundan müdafiə sistemləri - OSA-35, TOR, KUB, KRUQ, karqo avtomaşınları, tank əleyhinə silahlar sıradan çıxarılıb. Əgər hamısını hesablasaq, ancaq məhv edilən və qənimət götürülən texnika təxminən 2 milyard dollar dəyərindədir. Sual olunur, kasıb Ermənistan, sən bu pulu haradan tapdın? Ermənistana bu yardımları kimlər və hansı dövlətlərin etdiyi hər kəsə bəllidir. Gürcüstanın Ermənistana silah daşıyan təyyarəni özünün hava sərhədlərindən buraxmadığını və quru yolla humanitar yadım adı altında yük maşınlarında gizlədilən silahların aşkar edilərək keçirilməsinin qarşısını aldıqları faktına nəzər yetirsək, düşməndüşündüyümüzdən də artıqşəkildə silahla təchiz edilir.Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir. Bu barədə Azərbaycanın əlində məlumatlar var, uçuşların xəritələri, silahların tipləri var.

Bütün bunlar Rusiya tərəfinə çatdırılsa belə, şimal qonşumuzun Ermənistanı dardan qurtarmaq cəhdləri yenə dəara vermir. Azərbaycan Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə kifayət qədər məlumatlarasahibdir. Hətta ötən gün Rusiyanın Hava-Kosmik Qüvvələrinin Ermənistana ən azı 13 Miq-29 təyyarəsi yolladığı faktı üzə çıxdı.İrəvandakı Erebuni hərbi aviabazasının peykdən çəkilmiş fotoları bunu təsdiq edir. Söhbət məhz Rusiyanın hərbi təyyarələrindən gedir, çünki Ermənistanın Hərbi-Hava Qüvvələrində rəsmi olaraq MiQ-29 qırıcıları yoxdur. Fotoda MiQ-29 qırıcıları ilə yanaşı, 13 hərbi helikopter də görünür.

Bu silahları Rusiyada yaşayan erməni iş adamlarıqanunsuz yollarla bəzi hərbi zavodlardan alıb Ermənistana göndərməsidə üzə çıxmaqdadır. Müəyyən şirkətlərin nəqliyyat vasitələri ilə humanitar yüklər və Fövqəladə Hallar Nazirliyinin yükləri adı altında Ermənistana ölümsaçan silahların çatdırılması barədə artıq bütün dünya ictimiyyəti, beynəlxalq təşkilatlar məlumatlı olsalar belə, səslərini çıxarmırlar. Baxmayaraq ki, bu məsələdə Azərbaycana həttabeynəlxalq sanksiyalar tətbiq edilmiş məşhur silah alverçilərinin əli olduqları barədə məlumatlarda sızıb.

Oradan-buradan silah dilənərək arsenalınıartırmağa başlayan Nikol Paşinyan Azərbaycanın real gücünü nəzərə almadanBakı ilə şərt dilində danışmağa başladı. Tovuz döyüşlərində Azərbaycan ordusunun ərazilərinə müdaxilə edəcəyi təqdirdə məsələyə Rusiyanın rəhbərlik etdiyi KTMT-nin qarışacağından arxayın olan Ermənistan rəhbərliyi sentyabrın 27-də növbəti təxribat cəhdləri zamanı unutdular ki, mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutduqları yer elə Azərbaycanın öz torpaqlarıdır. Əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu dünyaya və Ermənistana hərbi meydanda nəyə qadir olduğunu o gün-bu gün sübut etməkdədir. Paşinyan sehirbaz olmasa da, bu hücumlardan başını və özünü itirdi deyə bilərik. Bunu artıq erməni əsilli və ermənipərəst rusiyalı hərbi, siyasi ekspertlər də açıq şəkildəetiraf etməyə başlayıblar.

Son 10 gün ərzində Ermənistan xarici işlər naziri Zöhrab MnatsakanyanMoskvaya 3-cü səfəri dünən reallaşıb.Məlumatlara görə, erməni XİN rəhbəri hər üçMoskva səfərindən İrəvana əliboş dönməyib. Mnatsakanyanın səfərə yollandığı təyyarədə Rusiyadan Ermənsitana gizli şəkildə xeylisayda silah daşıdığı barədə məlumatlar durmadan artır. Kuryer Mnatsakanyan bir tərəfdən qeyri-leqal yollarla Ermənistana istifadəsi qadağa olunan silah daşıyır, digər tərəfdən də Azərbaycanla sülh danışıqlarına hazır olduqlarını bildirir.

Ermənistan işğalçı bir dövlətdir. Onun silahlandırılması işğalçıya verilən dəstəkdir. Avropa Birliyinin enerji təhlükəsizliyində roluna, geosiyasi əhəmiyyətinə görə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıregionda sülh və təhlükəsizliyinən vacib elementi olduğunu çox yaxşı anlayan dünya ictimiyyəti və şimal qonşumuz Qarabağda baş verənlərikənardan izləməklə kifayətlənirlər. Azərbaycan Ordusu bu gün tək öz dövlətinin ərazibütövlüyünü təmin etmir, eyni zamanda Cənubi Qafqaz regionundasülh və təhlükəsizliyin təminatı üçün çalışır.


Milli.Az

© xezerxeber.az


229 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR