Türk Şurasından Azərbaycana dəstək

21.10.2020 13:12

"Bu, Azərbaycan xalqı üçün vətən müharibəsidir və biz bu savaşda Azərbaycanın yanındayıq”.

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin Gəncəyə səfəri zamanı dediyi bu sözlər Türkiyə mətbuatında geniş işıqlandırılıb.

O, Ermənistanın Gəncəyə gecə saatlarında dinc sakinlərin yaşadığı binaya raket hücumunu sərt şəkildə qınayaraq beynəlxalq ictimaiyyəti də bu addımı atmağa çağırıb:

"Türkdilli ölkələr, türk dünyası və Türk Şurası Azərbaycanın torpaqlarını işğaldan azad etmək haqqını qeyd-şərtsiz dəstəkləyir. Bu, Azərbaycan xalqı üçün vətən müharibəsidir və biz bu savaşda Azərbaycanın yanındayıq. Dostumuz Azərbaycana sülh və qələbə arzulayırıq”.

Amreyev problemin Azərbaycanın ərazi bütövlüyü əsasında, BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq dinc yolla həlli tərəfdarı olduqlarını da qeyd edib.

© xezerxeber.az


145 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR