Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Semyon Peqov Qarabağdan qaçdı

20.10.2020 13:24

Qarabağda döyüşlər şiddətlənən günlərdən etibarən cəbhədən təxribat xarakterli məlumatlar yayan Semyon Vladimiroviç Peqovdan yeni xəbər var. 

"WarGonzo" layihəsi ilə tanınan hərbi jurnalist Qarabağda erməni tərəfdən çəkilişlər edərək ordumuza qarşı saxta iddialar irəli sürürdü.

Ancaq bir neçə gün idi ki, onun cəbhədən səsi-sorağı gəlmirdi. Yenicə məlumat paylaşan Peqov qəfil Xabarovsk şəhərində peyda olub. O, bunu yeni layihə üzərində işləməsi ilə əlaqələndirib. Ancaq görünən odur ki, ordumuzun genişmiqyaslı əməliyyat planını dərk etdikdən sonra aradan çıxıb. 

Erməni iş adamı Aram Qabrelyanov tərəfindən maliyyələşən Peqov qarşısına qoyulan missiyaları yerinə yetirməyə macal tapmadan Qarabağı tərk edib.

Qeyd edək ki, Semyon Peqov Qarabağla yanaşı Ukraynanın işğal altında olan Donbas bölgəsində də təxribatçı videolar çəkməklə məşğul olub. Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.

BAKU.WS

© xezerxeber.az


277 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR